Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib
    • 15-11-2018, 18:20
    • 1 153

Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib

Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

"Bayıl Arena"da baş tutan matçda Azərbaycan futbol veteranlarından təşkil olunmuş "Veteranlar" komandası ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət "Dostlar" kollektivi üz-üzə gəlib.
İstisna kimi matçın gedişində Renat Dasayevi Ramiz Əhmədov əvəzləyib. Yubilyar isə ilk hissədə "Veteranlar", fasilədən sonra isə "Dostlar" komandasının heyətində yer alıb.
Hər hissəsi 25 dəqiqədən ibarət olan matç 5:5 hesabı ilə başa çatıb. V.Qasımov hər iki komandanın heyətində fərqlənib.
Veteranlar - Dostlar 5:5
Qollar: V.Qasımov, 24. S.Ələkbərov, 36; 37. Y.Hüseynov, 41. T.Əhmədov, 43 - V.Şmarov, 9; 39. V.Qasımov, 29; 50 İ.Kolıvanov, 45
Veteranlar: 1. Elxan Həsənov, 2. Novruz Əzimov, 3. Ədahim Niftəliyev, 4. Tərlan Əhmədov, 5. Şahin Diniyev, 6. Nazim Süleymanov, 7. Yunis Hüseynov, 8. Yaşar Vahabzadə, 10. Vəli Qasımov (K) 11. Samir Ələkbərov, 17. Mahmud Qurbanov
Ehtiyat oyunçu: 20. Əli Abışov
Baş məşqçi: Kazbek Tuayev
Dostlar: 1. Renat Dasayev, 2. Viktor Losev (K), 13. Xuan Xose Komaço, 4. Valeri Şmarov, 5. Roberto Bordin, 6. Dmitri Ananko, 7. Nikolay Pisarev, 8. Huakin Parra, 17. İqor Kolıvanov, 3. Adolfo Aldana, 19. Konde
Ehtiyat oyunçu: Ramiz Əhmədov
Baş məşqçi: Valeri Qazzayev

//Report