Bir doza vaksin vurduranlar mollara buraxılmadı- REYD - FOTO - VİDEO
    • 1-09-2021, 18:46
    • 449

Bir doza vaksin vurduranlar mollara buraxılmadı- REYD - FOTO - VİDEO

Bu gündən etibarən Azərbaycanda iri ticarət mərkəzlərinə, restoranlara, mehmanxalara və digər ictimai iaşə obyektlərinə giriş üçün COVID-19 pasportu tələb ediləcək.

News24.az xəbər verir ki, bununla Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxtın iri ticarət mərkəzlərində və restoranlarda yoxlamalar aparıblar. 

COVID-19 pasportları ticarət mərkəzinin əməkdaşları tərəfindən yoxlanılıb və peyvəndin hər iki dozasını almayanlar alış-veriş mərkəzinə buraxılmayıblar. 

Bu isə əhali arasında ciddi narazılığa səbəb olub. 

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, həmin məkanda işləyən əməkdaşlar vaksinin ilk dozasını vurdurmaqla obyektə daxil ola bilərlər. Oktyabrın 1-nə qədər isə mütləq ikinci doza vaksin almalıdırlar.

O eyni zamanda bildirib ki, polis əməkdaşları bununla bağlı nəzarət tədbirlərini gücləndirilmiş şəkildə davam etdirirlər.  

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklərini açıqlayıb. 

Teymur Məmmədov

Foto / Video: Nicat Niftəliyev