Ötən il Azərbaycanda 17,317 şagird birinci sinfə RUS BÖLMƏSİNDƏ başlayıb
    • 2-09-2021, 16:57
    • 511

Ötən il Azərbaycanda 17,317 şagird birinci sinfə RUS BÖLMƏSİNDƏ başlayıb

2020-2021-ci tədris ilində I-sinifə qəbul olan şagirdlərdən 148,544-i Azərbaycan, 17,317-i isə rus bölməsində tədrisə qoşulub. Ümumilikdə 165,861 şagird I-sinifə qəbul olub.

Bunu Təhsil Nazirliyinin mətbuat xidməti News24.az-ın sorğusunu cavablayarkən bildirib.

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının tədris dili dövlət dilidir.