-
- 3-09-2021, 15:50
- 492
Lənkəranda ata 9 yaşlı oğlunun boğazını kəsib sonra intihar etdi
Lənkəran rayonunda ata 9 yaşlı oğlunun boğazını kəsib sonra intihar edib.
News24.az xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.
Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.
İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib və meyiti çaya düşüb.
Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /APA/