36 yaşlı kişi bacısının evində intihar etdi
    • 7-04-2020, 00:30
    • 1 081

36 yaşlı kişi bacısının evində intihar etdi

Göyçayda 36 yaşlı kişi bacısının evində intihar edib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Qaraməryəm kəndində baş verib.
Belə ki, Qaraməryəm kənd sakini 36 yaşlı Allahyarov İbrahim Əvəz oğlu rayonun Aşağı Qaraməryəm kəndində yaşayan bacısıgilə gedərək özünə qəsd edib.

İ.Allahyarovun meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib. nOnun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.