Azər Paşa Nemətovun səhhətində problem yarandı
    • 6-09-2021, 13:29
    • 1 784

Azər Paşa Nemətovun səhhətində problem yarandı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətovun səhhətində ciddi problemlər yaranıb. 

Bu barədə News24.az-a xalq artistinin həmkarları məlumat verib. Teatr rəhbərinə ikitərəfli sətəlcəm diaqnozu qoyulduğu deyilir və o, hazırda yataq rejimindədir. 

Əlavə edək ki, A.P.Nemətov bu gün mərhum xalq artisti Yaşar Nurinin məzarını ziyarət tədbirində də iştirak edə bilməyib.  Ziyarətdə iştirak etməməsinə səbəb kimi xalq artistinin səhhətindəki problem əsas gətirilib. 


Teymur Məmmədov