Baş Prokurorluqdan erkən nikah halları ilə bağlı videomüraciət
    • 7-09-2021, 11:43
    • 872

Baş Prokurorluqdan erkən nikah halları ilə bağlı videomüraciət

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.

News24.az xəbər verir ki, görülmüş tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır. 

Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin etmişdir. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.

Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!

#erkənnikahayoxdeyək

#erkənnikahason