Azərbaycanda  koronavirusa yoluxma halları erkən aşkarlanıb  - OPERATİV QƏRARGAH
    • 15-04-2020, 17:46
    • 720

Azərbaycanda koronavirusa yoluxma halları erkən aşkarlanıb - OPERATİV QƏRARGAH

“Ölkə daxilində yoluxma halları əksər hallarda erkən aşkarlanıb”.

News24.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, bununla da süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub: “Bizim üçün ən önəmlisi budur. Erkən diaqnoz çox önəmlidir. Vətəndaşlarımıza bununla bağlı xüsusi müraciət edirik ki, özlərində simptomları hiss edərkən təcilli tibbi yardıma müraciət etsinlər”.