Azərbaycanda təhsil əyani olacaq - Nazir AÇIQLADI
    • 7-09-2021, 14:15
    • 515

Azərbaycanda təhsil əyani olacaq - Nazir AÇIQLADI

Azərbaycanda təhsil ənənəvi formada tədris olunacaq. 

News24.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə açıqlayıb.

Nazir bildirib ki, bu il 1-4-cü siniflər sentyabrın 22-dən, 5-11-ci siniflər isə sentyabrın 29-dan dərslərə başlayacaqlar: "Təhsil əyani formaya qayıdır. Proses mərhələli şəkildə həyata keçiriləcək. Şagirdlər təhsilə əyani şəkildə başlayacaqlar. Eyni zamanda da Ali təhsil müəssisələrində təhsil əyani şəkild bərpa ediləcək. Həftədə 5 və ya 6 dəfə əyani dərslər keçiriləcək. Pandemiya şəraitini nəzərə alaraq bəzi nüanslara diqqət yetiriləcək. Gigiyenaya xüsusi diqqət olacaq".