"Vahid məktəbli forması ilə bağlı qaydalar hazırlanıb" - Nazir müavini
    • 7-09-2021, 14:51
    • 266

"Vahid məktəbli forması ilə bağlı qaydalar hazırlanıb" - Nazir müavini

"Vahid forma ilə bağlı qaydalar hazırlanmışdı, amma hələ qüvvəyə minməyib. Buna görə də hazırda mövcud forma ilə davam edirik".


News24.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib.


Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, yeni forma ilə bağlı qərar qüvvəyə minəcəyi təqdirdə belə köhnə formaların bir müddət istifadəsinə icazə veriləcək.