Məktəbdə yoluxma olarsa hansı qərar veriləcək?
    • 7-09-2021, 14:35
    • 316

Məktəbdə yoluxma olarsa hansı qərar veriləcək?

"İndi hamını maraqlandıran suallardan biri də "məktəblər yenidən distanta keçə bilərmi" sualıdır. Öncə onu deyək ki, distan, yaxud hibrid dediyimiz yarıdistant, yarıəyani forma Təhsil Nazirliyinin xüsusi olaraq sevimli hesab elədiyi forma deyil. Bu, sadəcə, bizim üzləşdiyimiz vəziyyətdə ən yaxşı optimal forma idi ötən il. Bu ilsə əyani təhsilə keçdik. Bu, yaxşı xəbərdir. Amma bu o demək deyil ki, Azərbaycanda pandemiya bitib. Məsuliyyətimiz azalıb. Ümumi olaraq düşünürük ki, vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir". 

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, amma buna rəğmən hansısa məktəblərdə yoluxma halları baş verə bilər: "Bu hallar qaçılmazdır. Bu baş verərəsə, artıq sistem üzərindən deyil, ayrı-ayrı yerlərə uyğun qərar veriləcək. Məsələn, yoluxan şagird yoluxma zamanı məktəbdə olmayıbsa və ya şagirdlərlə ünsiyyətdə olmayıbsa və ya az sayda şagirdlə ünsiyyətdə olubsa, daha məhdud qapanma olacaq”.