Polis koronavirusa qarşı profilaktik tədbirləri gücləndirir - Fotolar
    • 7-09-2021, 15:05
    • 327

Polis koronavirusa qarşı profilaktik tədbirləri gücləndirir - Fotolar

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın Pirallahı rayonunda davam etdirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində mağazalarda və digər ticarət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.