Bu dərs saatları tətil günləri hesabına bərpa ediləcək - Yeni xəbər
    • 7-09-2021, 18:15
    • 337

Bu dərs saatları tətil günləri hesabına bərpa ediləcək - Yeni xəbər

“Yeni dərs ili ənənəvi formada başlayır. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək”.

News24.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq: "Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranılması vacibdir”.