Bakıda ata 11 yaşlı qızını zorladı - Polisə müraciət
    • 8-09-2021, 13:05
    • 383

Bakıda ata 11 yaşlı qızını zorladı - Polisə müraciət

Bakıda ata 11 yaşlı qızına spirtli içki içirdərək onu zorlayıb.

Bu barədə sentyabrın 7-də, Quba rayon sakini, zorakılığa məruz qalan, 2004-cü il təvəllüdlü Fidan Cabbarova polisə müraciətində bildirib.

O qeyd edib ki, 15.09.2015-ci il tarixdə kirayədə yaşadıqları Binəqədi rayonu Rezervuar küçəsi ev 4-də atası 1968-ci il təvəllüdlü Baxış Rəhmanov ona spirtli içki içirdərək zorlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində araşdırma aparılır. /Bakupost.az/