İlkin Həsəni
    • 8-09-2021, 17:44
    • 1 078

İlkin Həsəni "Space"-ə getdi

ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq.

News24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Bir çox yeni simalarla anlaşan "Space" əvvəlki əməkdaşları ilə sağollaşıb.

İ.Həsəninin layihə rəhbəri olduğu, Nicat və İlkinin baş rolda çəkildiyi "Buğlama"ma teletamaşası sözügedən kanalda yayımlanacaq.

İlkin Həsəni özü də yeni verilişlə efirə çıxmağa hazırlaşır.

Qeyd edək ki, "Space"də səhər verilişini aparan Afət Abdullayeva və Anar Cəfərov kanalla yollarını ayırıb.