Təhsil Nazirliyi Ermənistanın uşaqlara qarşı müharibə cinayətləri ilə bağlı həştəqlər yaratdı
    • 9-09-2021, 13:51
    • 490

Təhsil Nazirliyi Ermənistanın uşaqlara qarşı müharibə cinayətləri ilə bağlı həştəqlər yaratdı

“Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb”.

News24.az xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmrullayev “Facebook” hesabında paylaşıb.

Nazir qeyd edib ki, bu səbəbdən şagirdlərimiz həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: “Vətən müharibəsi zamanı Azərbaycanda 60 məktəb dağıdılıb, 10 şagird həyatını itirib. Bütün dünya ictimaiyyəti törədilmiş bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq”.