-
- 3-05-2024, 11:55
- 375
SON DƏQİQƏ! "Ordu hücuma hazırlaşır"
"Ukrayna uçurumun astanasındadır".
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri The Economist-ə açıqlamasında Ukrayna Hərbi Kəşfiyyatı (GUR) rəhbərinin müavini Vadim Skibitski deyib.
O bildirib ki, Ukraynanın döyüş meydanında müharibədə qalib gəlməsi üçün heç bir imkan görmür:
"Əgər biz rusları sərhədlərə geri çəkə bilsək belə, bu, müharibəni dayandırmayacaq. Belə müharibələr ancaq müqavilələrlə bitə bilər. Hazırda hər iki tərəf “ən sərfəli mövqe” uğrunda mübarizə aparır. Lakin substantiv danışıqlar 2025-ci ilin ikinci yarısından tez başlaya bilməz.
Rusiya ilkin mərhələdə Donetsk və Luqansk vilayətlərinə tam nəzarət planını həyata keçirməyə davam edəcək. Hücumun müvəffəqiyyəti növbəti zərbənin nə vaxt və harada vurulmasından asılı olacaq".
Skibitskinin sözlərinə görə, Rusiya şimal-şərqdə Xarkov və Sumi vilayətlərində hücuma hazırlaşır.
O, həmçinin əlavə edib ki, Rusiya ordusunun Xarkovla sərhəddə yerləşən qrupunda hazırda 35 min hərbçi var, lakin onun 50-70 min hərbçiyə çatdırılması planlaşdırılır və bu, böyük bir şəhəri ələ keçirmək üçün əməliyyat üçün “kafi deyil”.
"Rusiya ordusunun hücumu mayın sonu - iyunun əvvəlində başlayacaq. İndi Rusiya ordusu dəqiq planla və vahid komandanlıq altında “vahid orqan” kimi fəaliyyət göstərir" - kəşfiyyat rəhbərinin müavini bildirib.
Skibitski Çasov Yarın düşməsinin zaman məsələsi olduğunu da vurğulayıb.