-
- 10-09-2021, 15:43
- 373
YAP-ın Veteranlar Şurasına yeni üzvlər qəbul olundu
Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.
News24.az-ın məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.
Bununla yanaşı, iclasda YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib. /Report/