Şəhid ailələri və qazilər “Azəriqaz” rəhbərliyinə müraciət etdi
    • 10-09-2021, 17:35
    • 374

Şəhid ailələri və qazilər “Azəriqaz” rəhbərliyinə müraciət etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Bərdə rayonunun Güloğlular kəndində təşkil etdiyi "Açıq mikrofon" aksiyasına xeyli sayda vətəndaş qoşulub.

News24.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edən sakinlər “mavi yanacağ”ın olmamasından əziyyət çəkdiklərini bildiriblər.

Aksiyada iştirak edən şəhid ailələri və qazilər Birliyin rəhbərliyinə müraciət edərək qış mövsümünədək qazlaşmanın reallaşdırılmasını xahiş ediblər.

Qeyd edək ki, bu, sayca 11-ci "Açıq mikrofon" aksiyasıdır. İşlər bundan sonra da davam etdiriləcək