“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı – SOCAR-da yeni təyinatlar
    • 1-11-2019, 12:27
    • 2 115

“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı – SOCAR-da yeni təyinatlar

Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.

News24.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.
Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

SOCAR-ın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qurumda digər yeni təyinatlar da olub. Belə ki, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri,  Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Afaq Mirayiq