Ramin Bayramlı istefa ərizəsi yazdı
    • 12-09-2021, 10:26
    • 470

Ramin Bayramlı istefa ərizəsi yazdı

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunmaq üçün istefa ərizəsi yazıb. 

News24.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində bildirib.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermis həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - deyə TƏBİB sədri sosial şəbəkədəki hesabında yazıb.