-
- 12-09-2021, 16:17
- 541
Azərbaycanda itə qarşı zorakılıq göstərənlərlə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO
Bu gün sosial şəbəkədə itə qarşı zorakılıq hadisəsinin videousu yayılıb. Videoda yetkin yaşlarında bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır. Videounun həmin kişinin əlbiri olan başqa bir nəfər tərəfindən çəkilərək sosial şəbəkədə yayıldığı bildirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, itə rəhmsiz rəftar göstərən şəxslərin müəyyən edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.