Bakıda mağazada oğurluq olub.

News24.az- verilən məlumata görə, oğurluq hadisəsi dekabrın 29-da saat 12 radələrində Babək prospekti, maşın bazarında yerləşən mağazada baş verib. Oğurluq edən şəxs mağazadan “iPhone X” markalı telefon və üzlüyün içərisində saxlanılan 500 manat pulu oğurlayıb.

Saytımıza müraciət edən Sahibkar Məhərrəm Qarazadə iddia edir ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxslə bağlı bütün məlumatlar, fotolar polisə bəllidir. Amma buna rəğmən, həmin şəxs hələ də yaxalanmayıb. 

Həmin şəxs bu hadisədən bir qədər sonra “Sədərək” Ticarət Mərkəzində də telefon oğurlayarkən kameralara düşüb.

Oğurluğun baş verdiyi anın videosunu sizə təqdim edirik:

loading...

Video