"Mançester Yunayted" David de Xeanın müqaviləsini uzadıb
    • 29-11-2018, 18:30
    • 952

"Mançester Yunayted" David de Xeanın müqaviləsini uzadıb

İngiltərənin "Mançester Yunayted" klubu əsas qapıçısı David de Xeanın müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.

"Sky Sports" xəbər verir ki, 28 yaşlı qolkiper daha bir il İngiltərə təmsilçisində çıxış edəcək. 
İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2020-ci ilin yayına qədər "Mançester Yunayted"də çıxış edəcək.
Qeyd edək ki, David de Xeanın klubu ilə hazırkı müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.