-
- 14-09-2021, 16:11
- 560
Xudafərin Sərhəd Gömrük Məntəqəsi TEZLİKLƏ fəaliyyətə başlaya bilər
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Azərbaycanla sərhəddə Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər.
News24.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi deyib.
M.Purməhəmmədinin sözlərinə görə, hazırda İranın Daxili İşlər Nazirliyində bir heyət Xudafərin sərhəd gömrük məntəqəsinin fəaliyyəti məsələsini araşdırmaqdadır. Azərbaycan tərəfi də hazır olduğunu elan etdiyi vaxt sərhəd məntəqəsi fəaliyyətə başlaya bilər.
Purməhəmmədi bildirib ki, bu sərhəd gömrük məntəqəsi uzun illər öncədən mövcud olsa da, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə fəaliyyət göstərməyib. Hazırda isə İran tərəfindən bu sərhəd məntəqəsinin fəaliyyətə başlaması üçün lazımi addımlar atılır.
Şərqi Azərbaycan valisi deyib ki, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla çox yaxşı münasibətləri var. İşğaldan azad olunan bölgələrin bərpası, birgə istehsal müəssisələri və birgə ticarət zonasının yaradılması üzrə ilkin razılaşmalar əldə olunub. Bundan başqa, ikitərəfli ticarətin inkişaf etdirilməsi gündəmdədir: “Ehtimal üzrə yaxın gələcəkdə birgə sərhəd bazarları və sərgilər təşkil olunacaq”.