-
- 16-09-2021, 13:07
- 742
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı - Fotolar
“Nizami Gəncəvi İli” çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir adamı Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub.
Azərbaycanın Xarkov şəhərindəki konsulluğundan verilən xəbərə görə, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur.
Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.
Abidənin açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Rüfət Quliyev və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iştirak edib.
Abidənin yerləşdiyi park Dəmiryolu Universiteti və Aqrar Universitetin arasında yerləşir.
Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti də keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.