Nizami Gəncəvinin heykəlinə hörmətsizlik
    • 21-09-2018, 20:30
    • 1 383

Nizami Gəncəvinin heykəlinə hörmətsizlik

Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinə qarşı daha bir vandalizm aktı qeydə alınıb.

Abidənin sağ əlinin bütün barmaqlarım sındırılıb. Cinayət sentyabrın 20-də baş verib, vandallar saxlanılmayıb.

Veteninfo.az "Turan”a istinadən xəbər verir ki, bundan öncə ötən ilin noyabr ayında naməlum şəxslər abidənin baş barmağını sındırmışdılar, bundan əlavə, abidənin yaxınlığındakı küknar ağaclarını kökündən çıxararaq oğurlamışdılar.

2015-ci ilin yanvar ayının 8-də naməlum şəxslər şairin abidəsini yandırmağa cəhd etmiş, bundan sonra Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipovun göstərişi ilə onu bərpa edərək, ətrafındakı ərazi abadlaşdırılmışdı

//Turan.az