-
- 18-09-2021, 12:37
- 379
Dilçilik İnstitutunda nə baş verib?
Ötən gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri ilə işçi arasında mübahisə yarandığı və bu səbəbdən əməkdaşın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.
İnstitutun şöbə müdiri, professor İdris Abbasovun sosial şəbəkə hesabında yazdığına görə, mübahisəyə qanunsuz olaraq işçinin şöbəsinin dəyişdirilməsi səbəb olub: “Şöbə müdiri direktorla razılaşdıqdan sonra qanunsuz olaraq işçinin şöbəsini dəyişmək istəyib, buna görə də aləm dəyib bir-birinə. Hamı stresdədir. Xanımın vəziyyəti pisləşib. Dilçilik İnstitutuna təcili yardım çağırılıb. Otaqları titrədən müdhiş səslərdən bir çox işçi hələ də özünə gələ bilmir”-deyə İ. Abbasov qeyd edib.
News24.az “Qafqazinfo” baş verənlərlə bağlı sözügedən institutun direktoru Möhsün Nağısoylu ilə əlaqə saxlayıb. O qeyd edib ki, İdris Abbasovun məsələ barəsində yazdıqları həqiqəti əks etdirmir: “Onun peşəsi belə yalan məlumatlar yaymaqdır. Bir dəfə də yazmışdı ki, Naxçıvan dialekti atlasının məsul redaktoru kimi guya mən özümü yazmışam. Amma istəyirsiniz gəlin, göstərim ki, onun redaktoru mərhum Tofiq Hacıyevdir.
Dünən isə Lalə adlı bir işçimizin halı pisləşib. Ona təcili yardım çağırıblar. Deyirlər ki, həmin xanımın xəstəliyi var. Ancaq burada şöbənin yerinin dəyişdirilməsindən söhbət getmir. Sadəcə olaraq, xanıma yazı yazmaq təklif edilib, o da bundan imtina edib”.