Azərbaycan ərazisinə keçən mülki ermənilər qarşı tərəfə qaytarldı
    • 20-09-2021, 08:33
    • 564

Azərbaycan ərazisinə keçən mülki ermənilər qarşı tərəfə qaytarldı

Azərbaycan ərazisinə keçmiş iki Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan vətəndaşları 23:45-də qarşı tərəfə qaytarıb.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi ilə bağlı açıqlama yayıb.