1000 qramlıq körpələrin yaşamaq uğrunda mübarizə apardığı yer - FOTO
    • 17-11-2018, 18:00
    • 2 964

1000 qramlıq körpələrin yaşamaq uğrunda mübarizə apardığı yer - FOTO

Bu gün dünyada Beynəlxalq yarımçıq doğulmuşlar günü qeyd olunur.
 
Əməkdaşı bu gün ölkədə yarımçıq doğulmuşları qəbul edən ən böyük mərkəz olan Respublika Perinatal Mərkəzin yarımçıq doğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsində olaraq, mərkəzin direktoru Sevinc Məmmədovanın da iştirakı ilə 500-1000 qramlıq körpələrin həyat mübarizəsində birbaşa iştirak edən tibbi personalla görüşüb.

Məlum oldu ki, hazırda şöbədə 25 yarımçıq doğulmuş uşaq küvezlərdə tənəffüs aparatlarına qoşulub və lazımi müalicələr alır. 

Yarımçıq doğulmuşlara müalicə, qulluq, hətta venadaxili sistem belə ən çətin və həddən artıq sterillik, diqqət tələb edir. 

Yarımçıq doğulmuşlar şöbəsindən fotoları təqdim edirik:


//Medicina.az