Zığ-Hövsan yolunda piyada ölümü
    • 7-12-2019, 19:55
    • 702

Zığ-Hövsan yolunda piyada ölümü

Bakıda Zığ-Hövsan yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, təxminən 60-70 yaşlarında olan kişi taksi xidməti göstərən avtomobil tərəfindən vurulub.
Hadisə yerinə yol polisi əməkdaşları gəlib.
Qeyd edək ki, Zığ-Hövsan yolunda piyada keçidlərinin tikintisinin və yol salınmasının yarımçıq saxlanılması, işıqlandırmanın olmaması tez-tez analoji hadisələrin baş verməsinə səbəb olur. Artıq 2 ildir ki, tikinti işləri yarımçıq saxlanıb və sakinlər keçiddən istifadə edə bilmirlər.