"Telegram" işlədənlərin diqqətinə! Bəzi istifadəçilər...
    • 20-09-2021, 11:14
    • 716

"Telegram" işlədənlərin diqqətinə! Bəzi istifadəçilər...

"Telegram"ın qurucusu Pavel Durov messencerin böyük yenilənməsinin yayımlandığını elan edib.

News24.az xəbər veirr ki, o, yeni versiyanın yalnız "Apple" tərəfindən razılıq alınandan sonra istifadəyə verildiyini açıqlayıb.

"Telegram"ın yeni versiyası mesajlaşma imkanlarını artıracaq bənzərsiz xüsusiyyətlərə malikdir.

Xüsusilə, yeniləmə tətbiqin düzgün işləməsinə kömək edəcək. Eyni zamanda Durov yeni versiyanı yüklədikdən sonra bəzi istifadəçilərin mesaj bazasının 64 bitlik versiyaya uyğunlaşdırılması üçün bir-iki dəqiqə gözləməli olacaqlarını deyib. 

"Telegram"ın qurucusunun sözlərinə görə, yeniləmə yeni istifadəçilərin "Telegram"da qeydiyyatdan keçə bilməsi üçün vacibdir. Mövcud istifadəçilər isə kanallar və qruplar yaratmağa davam edə biləcəklər.