Karantin qaydalarını pozan restoranda 8 nəfər saxlanıldı
    • 20-09-2021, 12:16
    • 280

Karantin qaydalarını pozan restoranda 8 nəfər saxlanıldı

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.