-
- 21-09-2021, 10:11
- 483
“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada
Şuşa Şəhəri Dövlər Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.
News24.az xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Tədbir səhər saatlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən start götürdü. Şəhid övladlarını ekskursiya avtobuslarında şəhəri dolaşdıqdan sonra Şuşa şəhərinə istiqamət aldılar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.
Şuşaya çatarkən ilk olaraq İsa bulağını ziyarət edən iştirakçılar sonra Gövhərağa Məscidinə getdi. Orada şəhid anaları namaz qılıb, Allaha dua etdilər. Sonra tədbirə qatılan Olimpiya Çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçirdilər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya Çempionlarımız birinci yer medalı ilə təltif edib.
Tədbir gedişatında şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə ehsan veriblər.
Daha sonra tədbirin rəsmi hissəsi baş tutdu. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Sonra tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını Səmayə xanımı çıxış üçün dəvət edib.
"Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib" - deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini dedi. O, "Mənim atam qəhrəmandır" tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirdi. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu bildirib.
Daha sonra qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olundu və onlar əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündə olan XarıBülbül nişanını, əsən güclü küləklər səbəbindən boşaldığı üçün, torpağa bərkitdilər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, təşkilatçılardan ona verilən XarıBülbül nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş etdi. "Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək" - deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid - "Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm" - deyib.
Qeyd edək ki, tədbirə fəxri qonaq qismində Azərbaycanın Xalq Artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Nurəddin Mehdixanlı da qatılmışdı. Onlar şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçirdilər. Tədbirin sonunda sənət adamları şəhid övladları ilə birlikdə Azərbaycan bayrağını açaraq “Zəfər marşı”nı ifa ediblər.