-
- 21-09-2021, 17:17
- 644
Rus sülhməramlılar Qarabağda ÜÇTƏRƏFLİ BƏYANATI POZDU - VİDEO
Rusiya sülhməramlılar kontingenti Qarabağ dağlarında şərti yaralıların təxliyəsi üzrə təlim keçirib. Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, təlim Xocalı hava limanında Mi-8 "Terminator" vertolyotu ilə, ordu aviasiya pilotlarının, hərbi qulluqçularının və xüsusi təyinatlı dəstənin tibb mütəxəssislərinin iştirakı ilə keçib.
News24.az xəbər verir ki, Xankəndi hərbi aerodromunda keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri iştirak ediblər.
"Bu gün hər cür vertolyotlara quraşdırmaq üçün hazırlanmış iki yerli tibbi modulu olan Mi-8AMTŞ vertolyotu ilə yaralıların uzaq bölgədən təxliyəsi üzrə normativlər keçirildi,"- aviasiya komendantlığının tibb xidmətinin rəhbəri Timur Tsoqoyev deyib.
Qeyd edək ki, keçirilən təlim 9/10 Noyabr 2020 -ci il tarixli Üçtərəfli Bəyannamənin Qarabağ ərazisində istifadə oluna biləcək hərbi texnikası ilə bağlı bəndini kobud şəkildə pozur. Nəqliyyat-hücum helikopterləri sülhməramlıların yerləşdiyi ərazidə hərbi texnika siyahısına daxil edilməyib.
Keçən həftə isə sülhməramlılar müntəzəm döyüş təlimi çərçivəsində Dağlıq Qarabağdakı rus sülhməramlıları mümkün pozuntuların qarşısını almaq və 27 müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərtərəfli məşqlər edib. Bu təlimlərə müdafiəni gücləndirmək üçün BTR-82A zirehli personal daşıyıcıları cəlb edilmişdi.