Rusiya Qarabağa daha 20 hərbi təyyarə göndərdi
    • 14-11-2020, 13:05
    • 840

Rusiya Qarabağa daha 20 hərbi təyyarə göndərdi

Rusiya ötən gün ərzində Qarabağa daha 20 hərbi təyyarə göndərib. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “İl-76” təyyarələri Ulyanovsk-Vostoşnı aerodromundan havaya qalxıb.

Təyyarə Ermənistandakı aerodroma qoşqu, logistika avadanlığı və 20-dən çox hərbi avtomobili çatdıracaq.
Həmçinin 170 sülhməramlı da yola düşüb.

Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.