HHQ-nin aviabazasında komanda-qərargah təlimi keçirilib FOTO-VİDEO
    • 1-05-2019, 18:25
    • 797

HHQ-nin aviabazasında komanda-qərargah təlimi keçirilib FOTO-VİDEO

2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, təlim zamanı aviasiya vasitələri hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı fəaliyyətdə qoşun qruplaşmalarının hava zərbələrindən müdafiəsi, şərti düşmənin hava hədəfləri, komanda məntəqələri, zirehli texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə taktiki epizodları icra ediblər.