Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
    • 21-09-2021, 17:40
    • 394

Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.