Məktəb bufetləri ilə bağlı YENİ QƏRAR
    • 22-09-2021, 10:25
    • 407

Məktəb bufetləri ilə bağlı YENİ QƏRAR

Yeni tədris ilində məktəblərdə yeməkxanalara (bufetlərə) dair tələblər açıqlanıb.

News24.az xəbər verir ki, bu, Nazirlə Kabinetinin yeni tədris ilinin başlaması ilə bağlı qərarında yer alıb. 

Tələblər aşağıdakı kimidir: 

Yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

Təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

Ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

Yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

Yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

Yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

Yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

Təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.