“91-lər”in üzvü vəfat etdi
    • 23-09-2021, 13:44
    • 275

“91-lər”in üzvü vəfat etdi

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

K.Kərimov 85 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

3 övladı var. /Report.az/