Yazıçılar Birliyində "Yarpaq tökümü" daha bir üzvü vəfat etdi
    • 5-09-2019, 02:06
    • 1 306

Yazıçılar Birliyində "Yarpaq tökümü" daha bir üzvü vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abbas Abdulla vəfat edib. 
News24.az xəbər verir ki, o, bu gün 79 yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı şair Sayman Aruz yayıb.
Onun sözlərinə görə, sabah saat 13:00-da mərhumun cənazəsi dəfn üçün evindən götürüləcək.
Qeyd edək ki, Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. Əməkdar mədəniyyət işçisi 1977-ci ildən AYB-nin üzvü olub.