Ana 1 yaşındakı uşağını döyərək öldürdü - SƏBƏBİ - VİDEO
    • 18-11-2018, 22:46
    • 863

Ana 1 yaşındakı uşağını döyərək öldürdü - SƏBƏBİ - VİDEO

Türkiyənin Adana vilayətində tükürpədici bir hadisə baş verib.

Ərinin onunla maraqlanmadığını iddia edən Aysel Y. bir yaşındakı körpəsini döyərək öldürüb.

Hadisə Seyhan mahalında Fatih məhəlləsində ötən gün gecə saatlarında baş verib. İddiaya görə, bir müddətdir imam nikahı ilə birlikdə yaşadığı İlham K.-nın onunla maraqlanmadığını əsas göstərən Aysel Y. bir yaşındakı qızı Pınar K.-nı döyərək öldürüb.

Polis tərəfindən saxlanılan ana media nümayəndələrinə “bəli öldürdüm, nə var? Allah ərimin bəlasını versin” deyib.

İlhami K.-nın iki dəfə rəsmi şəkildə evləndiyi, ikinci evliliyin hazırda davam etdiyi bildirilir.

Adana Respublika Baş prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb.

//Publika.az