Qusarda İcazəsiz evdən çıxan koronavirus xəstələri aşkarlandı
    • 26-09-2021, 14:18
    • 284

Qusarda İcazəsiz evdən çıxan koronavirus xəstələri aşkarlandı

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır