Beynəlxalq Kişilər Günüdür
    • 19-11-2018, 12:18
    • 2 977

Beynəlxalq Kişilər Günüdür

Beynəlxalq Kişilər Günü BMT tərəfindən 1999-cu ilin bu günündə təsdiq edilib.

News24.az xəbər verir ki, ilk olaraq Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranan bu gün hazırda dünyanın 60 ölkəsində qeyd olunur.

Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır.

Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.