-
- 27-09-2021, 10:27
- 518
"Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin"
“Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktı imzalasın”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bunun nəticəsində yüzlərlə kənd və şəhər bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı: “Və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Dağlıq Qarabağ adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil.
Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qarabağ adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox. Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.