BANM 33 Prezident təqaüdçüsü ilə lider oldu
    • 30-09-2021, 10:48
    • 465

BANM 33 Prezident təqaüdçüsü ilə lider oldu

Bakı Ali Neft Məktəbi (BANM) 2021/2022-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə rekorda imza atıb.

News24.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 29 sentyabr, 2021-ci il tarixli Sərəncamına əsasən, 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Onlardan 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Bundan əvvəl heç bir ali məktəbdə bu sayda Prezident təqaüdçüləri olmayıb.

Prezident təqaüdçüləri arasında qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi və I ixtisas qrupunun lideri Əbil Şəfiyev və II ixtisas qrupunun lideri Əflan Bədəlov da var. Qeyd edək ki, Əbil Şəfiyev 697,1 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına, Əflan Bədəlov isə 691,2 bal toplayaraq Ali Məktəbdə yeni açılan  Biznesin idarəedilməsi ixtisasına qəbul olunub.