Professor İlham Rəhimov Moskvada mükafatlandırıldı - FOTOLAR/VİDEO
    • 30-09-2021, 13:21
    • 906

Professor İlham Rəhimov Moskvada mükafatlandırıldı - FOTOLAR/VİDEO

Moskvada Rusiya və xarici ölkələrin aparıcı alim və hüquqşünaslarının, eləcə də, dövlət orqanları nümayəndələrinin iştirakı ilə “Cinayət qanunu və əxlaq" adlı elmi-praktik konfrans keçirilib.

News24.az xəbər verir ki, konfransda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, tədqiqatçı alim, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov da iştirak edib.    
Elmi konfransda cinayət qanunvericiliyinin daha səmərəli, daha intuitiv anlaşılan və işlək olması, eləcə də, bu məsələlərdə dini faktorun rolu, bu faktorun dövlətin əxlaqi əsaslarına təsiri məsələləri müzakirə edilib.

Tədbirdə çıxış edən hüquq elmləri doktoru, professor İlham Rəhimov cinayət hüququ və əxlaq anlayışları arasında sərhədləri müəyyən etməyin vacibliyinə diqqət çəkib: "Cinayət məcəlləsi harada əxlaqi ola bilər? Bu mümkündürmü? Əgər mümkündürsə, o zaman cinayət qanununun əxlaq və əxlaqsızlıq arasındakı sərhədi haradadır? Dini faktor bu və ya digər cinayət qanunun bu və ya digər dövlətin əxlaqi əsaslarına nə dərəcədə təsir edir?"

Müzakirələr zamanı qeyd edilib ki, qanunvericiliyin daha da modernləşdirilməsi, onun dayanıqlı olması məsələlərinin müzakirəsi zamanı dövlətinin əxlaqi təməli unudulmamalıdır. Konstitusiya islahatı, konstitusiyaya düzəlişləri bu əxlaqi vurğuları daha da gücləndirir. Həmçinin qeyd edilib ki, bu mövzuda müzakirələr son nəticədə cinayət qanunvericiliyini vətəndaşlar üçün intuitiv anlaşılan hala gəlməsinə, onun yalnız effektiv deyil, həm də işlək olmasına şərait yaradır.

Tədbirdə professor İlham Rəhimovun son illər bu mövzuda yazdığı hüquqi və elmi əsərlərinin təqdimatı keçirilib. Daha sonra ona mantiya təqdim olunub.