Xaçmaz sakinindən “patı” və marixuana aşkarlandı
    • 3-10-2021, 11:52
    • 448

Xaçmaz sakinindən “patı” və marixuana aşkarlandı

Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.