Zakir Həsənov Gürcüstana getdi
    • 4-10-2021, 10:22
    • 362

Zakir Həsənov Gürcüstana getdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, o, Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.