-
- 22-03-2019, 10:19
- 980
Zakir Həsənov Pakistanlı həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistan İslam Respublikasının Müdafiə naziri cənab Pervez Xattaq arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Pakistanlı nazir Pervez Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib: “Müxtəlif sahələrdə münasibətlər genişlənərək xeyli güclənib. İki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialı var”. General-polkovnik Zakir Həsənov səmimi qəbula görə minnətdarlığını bildirib: “Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb”. Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.